Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı veb-konfrans təşkil olunub

21.01.2022 [12:20]

Xəbərin mətni

Yanvarın 20-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Qanlı Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilən veb-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstan ictimaiyyətinin və Azərbaycan diasporunun görkəmli nümayəndələri, həmçinin bu ölkədə Azərbaycan diplomatik missiyasının əməkdaşları iştirak ediblər.