Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Papanın yay iqamətgahının yerləşdiyi, Albano gölünün sahilindəki Kastel Qandolfo şəhəri

24.01.2022 [18:32]

Xəbərin mətni

İtaliyanın paytaxtı Romadan təxminən bir saatlıq məsafədə yerləşən Kastel Qandolfo kiçik və füsunkar şəhərdir. Şəhərin ən mühüm özəlliyi isə Roma papalarının yayda istirahət etdiyi sarayın burada yerləşməsidir. Albano vulkanik gölünün sahilində yerləşən şəhərin şöhrəti qədim zadəganlara gedib çıxır. Hazırda isə bura Roma cəmiyyətinin elit təbəqəsinin istirahət üçün üstünlük verdiyi şəhər kimi tanınır. Şəhər yeməkləri, şərabları, qədim xarabalıqları və möhtəşəm mənzərəli gölü ilə turistləri cəlb edir.