MƏDƏNİYYƏT


Bu gün xalq artisti Məmmədrza Şeyxzamanovun anım günüdür

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. İlk dəfə böyük ekrana 1955-ci ildə çəkilən “Bəxtiyar” filmindəki Rəcəbov rolu ilə çıxıb. Daha sonra müxtəlif illərdə çəkilən "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm, “Əhməd haradadır”da Şirin kişi kimi obrazlar yaradıb. 1974-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.