MƏDƏNİYYƏT
Bu gün xalq artisti Ələsgər Ələkbərovun anım günüdür
31.01.2022 [15:43]
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Ələsgər Ələkbərov teatrda bir çox tamaşalarda yaddaqalan rollar oynayıb. Teatr fəaliyyəti dövründə yaratdığı Vaqif və Otello obrazları Ələsgər Ələkbərov yaradıcılığının zirvəsi hesab olunur. Görkəmli sənətkar eyni zamanda bir sıra filmlərdə rol alıb. "Leyli və Məcnun", “Kölgələr sürünür”, “Qara daşlar”, “Böyük dayaq”, “Ögey ana”, “Lətif”, Uzaq sahillərdə" filmlərində bir-birindən maraqlı obrazlar canlandırıb. Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Ələsgər Ələkbərov 1963-cü il yanvarın 31-də dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
18.03.2023 [22:47]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]
29.03.2023 [22:21]
29.03.2023 [21:34]