MƏDƏNİYYƏT


Bu gün unudulmaz xanəndə Rübabə Muradovanın doğum günüdür

Martın 22-i Xalq artisti, unudulmaz sənətkar, Azərbaycan muğamlarının mahir ifaçısı Rübabə Muradovanın doğum günüdür. Cəmi 50 il ömür sürən R.Muradova Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb.