Azərbaycanın Müstəqillik Günü Hindistanda qeyd olunub
26.05.2022 [17:27]
Xəbərin mətni
Azərbaycanın Hindistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə paytaxt Dehlidə rəsmi qəbul təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatik nümayəndəlik rəhbərlərinin, işgüzar dairələrin, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Əşrəf Şıxəliyev müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa vaxtda görülən işlərdən, qazanılan nailiyyətlərdən danışıb.