SİYASƏT


Parisdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloni, bir çox ölkələrin Fransada akkreditə olunmuş səfirləri, diplomatlar, elm və incəsənət xadimləri, yerli ictimaiyyətin və diaspor nümayəndələri iştirak ediblər.