SİYASƏT


Pakistanda 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda 28 May - Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.