SİYASƏT


Müstəqillik Günü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi Mexikoda qeyd olunub

Meksikanın paytaxtı Mexiko şəhərində 28 May - Azərbaycanın Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Meksika turizm nazirinin müavini Umberto Ernandez Haddad, Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Marko Antonio Peres Qaribay, digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpusun digər nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatlarının üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.