İDMAN


“Əziz Şuşa” beynəlxalq velosiped turnirində 8 ölkədən 13 komanda iştirak edəcək

"Əziz Şuşa" beynəlxalq turnirində 8 ölkədən 13 komanda iştirak edəcək. Onlardan 4-ü ölkəmizi təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 9-10-da keçiriləcək “Əziz Şuşa” beynəlxalq velosiped turnirinə həsr olunan mətbuat konfransında Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva deyib.