SİYASƏT


Türkiyə Prezidenti: Ədalətsizliyə son qoymaq Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu

Təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “ Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransının çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.