Ceyhun Bayramov: Azərbaycanla Əlcəzair arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca önəmlidir
10.08.2022 [17:22]
Xəbərin mətni
Bu görüş hər iki ölkə üçün əhəmiyyətlidir. Həm ikitərəfli, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən işləri müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə görüşdən sonra mətbuata birgə bəyanatında söyləyib.