CƏMİYYƏT


Gənc sahibkar xanım: Hədəfim dünya bazarına inteqrasiya etməkdir

Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinin məzunu Maya Səbzəliyevanın ixtisası onu yeni biznes yaratmağa sövq edib. Sağlam həyat tərzinə və sağlam qidalanmaya üstünlük verən gənc sahibkar təbii və faydalı yağların istisalı, həmçinin, satışı ilə məşğuldur. M.Səbzəliyevaya qida məhsulları istehsalı sahəsində ən böyük dəstək ABAD-dan gəlib. İşgüzar xanım istehsal etdiyi yağ çeşidlərini artırmağı və digər növ məhsulları ilə dünya bazarına çıxmağı hədəfləyir.