ELM VƏ TƏHSİL


Budapeştdə ADA Universiteti məzunlarının birinci forumu keçirilib

Noyabrın 6-da Azərbaycanın Macarıstandakı səfirliyində ADA universiteti məzunlarının birinci forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Zəfər Günü ərəfəsində keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, eləcə də Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiya üzrə məsul departamentinin rəhbəri, diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə və Gürcüstan səfirləri, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəlik ofisinin rəhbəri, elmi-akademik dairələrin təmsilçiləri daxil olmaqla, 100-dən çox qonaq iştirak edib.