MƏDƏNİYYƏT


Tikinti üslubuna görə dünyada cəmi dörd belə məscid var – Qobustandan reportaj

Qobustan rayonunun 5 min il tarixə malik olan Sündü kəndinə üz tutanların ilk baş çəkdikləri yerlərdən biri burada yerləşən Əbu-Bəkr adına Cümə məscididir. Sündüdə oturaq həyatın min illər əvvələ gedib çıxdığını söyləyən kəndin yaşlı sakinləri hələ o vaxt məscidin tikintisini də burada insanların sıx məskunlaşmaları ilə əlaqələndirirlər. Üzərindəki daş kitabəyə görə Hicri-qəməri təqvimi ilə 307-ci ildə, Miladi təqvimə görə isə 920-ci ildə tikilən məscid vaxtı ilə buradakı yerli əhalinin təşəbbüsü ilə inşa olunub.