İDMAN


Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər. AZƏRTAC xəbər verir ki, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) ötən ilin idmançı və komandaları arasında səsvermə keçirir. Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir. Bu iştirakçıların hamısı ötən il iyulun 7-17-də ABŞ-n Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş kikboksinq üzrə XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.