CƏMİYYƏT


“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən tədbirlər həftəsinə start verilib

Respublikamızın bütün bölgələrində olduğu kimi, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilir. Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və həmişə fəxr etdiyi doğma Vətəni, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri bir daha xatırlanır, geniş təbliğ olunur, bu gün və gələcəkdə də nümunə qaynağı olan irsi dərindən öyrənilir.