Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarüstü polo üzrə dünya kubokunu qazanmış “Land of Fire” komandası Vətənə qayıdıb

31.01.2023 [11:04]

Xəbərin mətni

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kubokunu qazanmış “Land of Fire” komandası yanvarın 31-də Vətənə qayıdıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunmuş qarşılanma mərasimində Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, media nümayəndələri və idmançıların yaxınları iştirak ediblər.