CƏMİYYƏT


FHN: Bakıda binanın sütunlarını kəsənlər məsuliyyətə cəlb olunacaq

Sosial şəbəkələrdə Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli 24 ünvanında çoxmərtəbəli binanın sütunlarının sökülməsi ilə bağlı görüntülər yayılıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri həmin ünvanda reyd keçirib. Media nümayəndələrinin iştirakı ilə aparılan reydən yayılan görüntülərin binanın mənfi 2-ci mərtəbəsinə aid olduğu məlum olub.