CƏMİYYƏT
Hökməlidə narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib
07.02.2023 [16:59]
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.03.2023 [14:43]
27.03.2023 [01:40]
26.03.2023 [20:52]
18.03.2023 [22:47]
25.03.2023 [09:02]
15.03.2023 [16:07]
29.03.2023 [18:58]