Mehdiabadda əməliyyat: Narkotik vasitələr və “Kalaşnikov” markalı avtomat götürülüb
08.02.2023 [16:36]
Xəbərin mətni
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.