CƏMİYYƏT


“Bu yaşıma çatmışam, hələ də heç yerim ağrımır. Çünki...” – Vedidən didərgin düşən Xanımnaz nənə

“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı səsləndirdiyi bu sözlərdən sonra Xanımnaz nənənin sevincinin həddi-hüdudu yoxdur. Çünki o, tezliklə öz doğma yurduna qayıdacağına inanır.