CƏMİYYƏT


Son beş il ərzində əmək pensiyalarının sığorta hissəsi orta hesabla 70 faiz artırılıb

Son beş il ərzində əmək pensiyalarının indeksləşdirilməsi üzrə kifayət qədər ciddi rəqəmlər tətbiq olunur. Belə ki, bu müddət ərzində əmək pensiyalarının sığorta hissəsi orta hesabla 70 faiz həcmində indeksasiya əmsalları hesabına artırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov bu gün pensiyaların indeksləşdirilərək artırılmaslna dair keçirilən mətbuat konfransında deyib.