CƏMİYYƏT


FHN: Qardaş ölkəyə göndərilmiş mobil səhra hospitalında 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.