CƏMİYYƏT


Azərbaycan 728 nəfərlik axtarış-xilasetmə qrupu ilə Türkiyəni tək qoymur

Anadolu agentliyi "728 nəfərlik axtarış-xilasetmə qrupu ilə Türkiyəni tək qoymur" adlı video yayımlayıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kahramanmaraşa göndərilən qruplar ərazidə axtarış-xilasetmə işlərini davam etdirir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehtiram Xəlilov Anadolu agentliyinə müsahibəsində bildirib ki, zəlzələlərdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 728 nəfərdən ibarət xilasetmə qrupu yaradılıb.