CƏMİYYƏT


FHN-in Türkiyəyə humanitar yardım aparmış nəqliyyat vasitələrinin bir hissəsi Bakıya yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan martın 7-də səhər saatlarında Kahramanmaraş şəhərindən yola çıxıb.