Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Sumqayıt yolunda sürücü sükan arxasında vəfat etdi

09.03.2023 [16:57]

Bakı-Sumqayıt yolunda sürücü sükan arxasında qəfildən vəfat edib. Bildirilib ki, sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən “Saxla” əmrindən sonra qəfil vəfat edib.
BDYPİ-dən AZƏRTAC-a bildirilib ki, bu gün saat 09:45-də “Tofaş” markalı 10-NJ-759 nömrə nişanlı avtomobilin sürücüsü ödənilməyən cərimə borcu olması səbəbindən Xocasən qəsəbəsindən Bakı-Şamaxı şosesi istiqamətində hərəkət edərkən ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən saxlanılıb.