Bakıda atışma olub: Xəsarət alanlar var
10.03.2023 [15:12]
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.