CƏMİYYƏT
Dövlət Yol Polisi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
13.03.2023 [12:25]
Məlumdur ki, yaz fəslinin gəlişi insanların həyat tərzinə, əhvali-ruhiyyəsinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, iqlim dəyişmələrinə uyğun olaraq yaz fəslində orqanizmdə təlatümlərin olması bir sıra xəstəliklərin oyanmasına və ya kəskinləşməsinə təkan verir. Belə hallar, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür. Lakin, təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda insanların həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
04.12.2023 [16:43]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]