Azərbaycan X Beynəlxalq Abilimpiya çempionatında iştirak edir
23.03.2023 [23:12]
Xəbərin mətni
Fransanın Metz şəhərində X Beynəlxalq Abilimpiya çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov, Federasiyanın vitse-prezidentləri Rüfət Hacılı, Aqşin Babayev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan milli komandasının üzvləri və digər rəsmi şəxslər açılış mərasimində iştirak ediblər.
Azərbaycan milli komandasının təntənəli paraddan keçiblər.