CƏMİYYƏT


Aprel döyüşlərinin cəlilabadlı şəhidi

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib. Dörd gün davam edən Aprel döyüşləri hərb tariximizin ən önəmli günlərindən biridir. Həmin döyüşlər zamanı Lələtəpə yüksəkliyi və bir çox strateji ərazilər düşməndən azad edilib. Əslində bu döyüş 44 günlük Vətən müharibəsinin başlanğıcı idi. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir.