CƏMİYYƏT


“Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti dayandırıldı

Salyanda “Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti dayandırılıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.