SİYASƏT


“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans

Aprelin 6-da Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirir.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfransı açıq elan etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.