CƏMİYYƏT
Yaşma bağları ərazisində hərbi sursat aşkarlandı
26.04.2023 [13:22]
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd 122 millimetrlik top mərmisi olduğu müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
04.06.2023 [15:36]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
05.06.2023 [00:14]
04.06.2023 [23:44]