Moskvada Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi
26.04.2023 [13:55]
Xəbərin mətni
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Moskvada, A.S.Puşkin adına Dövlət Muzeyində keçirilib. Tədbir çərçivəsində Moskvanın ali məktəblərinin tələbələri Azərbaycan və rus ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanış olublar.