CƏMİYYƏT
Minaya düşən sürücünün ayağı amputasiya olundu
26.04.2023 [16:01]
Xəbər verildiyi kimi, aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]