MƏDƏNİYYƏT


Daşkənddə “Heydər Əliyevin qələbəsi” adlı kitabın təqdimatı olub

Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin tanınmış yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Daşkənddə təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Özbəkistan Yazıçılar İttifaqında davam edən tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, ölkənın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər, tələbələr iştirak ediblər.