CƏMİYYƏT


Humanitar minatəmizləmə fəaliyyəti ilə əlaqədar brifinq keçirilib

Aprelin 28-də ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib.
AZƏRTAC xəbər verir ki, brifinqin məqsədi işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyəti, bu fəaliyyət haqqında məlumatlandırmanın davamlı artırılması, mina və partlamamış hərbi sursatlarla dünyada ən çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemin miqyası və təsirinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir. Eyni zamanda, bu il mayın 24-26-də Ağdam və Bakı şəhərlərində “Mina təhlükəsi ilə mübarizə-dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilməsi nəzərdə tutulan ikinci beynəlxalq konfransın əhəmiyyəti barədə məlumatın təqdim edilməsi olub.