İDMAN


Dəmir anqarda, zirzəmidə və sinif otaqlarında məşq edən siyəzənli idmançılar REPORTAJ

Siyəzən şimal bölgəsində idman uğurlarına görə seçilən rayonlardandır. Yerli idmançılar arasında olimpiya növlərində dünya, Avropa və digər beynəlxalq yarışların mükafatçıları var. Amma təəssüf ki, 45 min nəfərə yaxın əhalisi olan rayonda bir dənə də olsun idman qurğusu və ya məşq zalı yoxdur. İdmançılar məşqlərini texniki xidmət üçün nəzərdə tutulan anqarda, yaşayış binasının zirzəmisində və məktəblərin sinif otaqlarında yaradılmış şəraitsiz zallarda keçirlər.