CƏMİYYƏT


Qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı

Səbail rayonunda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanılıb. Ondan 17 kiloqram narkotik vasitə aşkar edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üstündən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.