SİYASƏT


Müstəqillik günümüzdə Nyu-Yorkda ağaclar əkilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə Nyu-Yorkun Bruklin bölgəsində yeni salınmış Lew Filder Parkında ağ palıd ağacları əkilib və lövhə vurulub.
Bruklin Parklar İdarəsinin bölgə müvəkkili Martin Maher, BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyinin müşaviri Leyla Novruz, Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova və başqaları bu günün əhəmiyyətindən danışıblar. Onlar bu parkın gələcəkdə bütövlükdə Azərbaycan Parkı olması arzusunda olduqlarını dilə gətiriblər.