Azərbaycan Dövlət İnformasiya Agentliyi

Volodimir Zelenski Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkür edib

22.06.2023 [12:29]

Xəbərin mətni

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.
AZƏRTAC Ukraynanın Prezident Ofisinin saytına istinadla xəbər verir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.