SİYASƏT


Yeni açılan mənzil qərargahının binası

Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa Akkordu ilə qəbul edilmiş QHGT-nin Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşir.
Rəmzi açılış lenti kəsildikdən sonra qonaqlar mənzil qərargahı və qərargah daxilində təsis olunan QH gənclərinin tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar. Mərkəz QH gənclərinin üzləşdiyi məsələlərin araşdırılması və onların həlli istiqamətində təhlillərin aparılması məqsədi ilə təsis olunub.