Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya əsirliyindəki Ukraynalı Azov komandirləri geri qayıdıb

08.07.2023 [19:08]

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyədən Ukraynaya qayıdırlar. Ukrayna prezidenti Zelenski bu barədə tvitter hesabında paylaşım edib. Qeyd edək ki, siyahıda beş hərbçinin adı və soyadı var: “Redis” ləqəbli “Azov”un komandiri Denis Prokopenko, “Volina” ləqəbli 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri vəzifəsini icra edən Sergiy Volınski, “Kalina” ləqəbli “Azov” komandirinin müavini Svyatoslav Palamar, Ukrayna Milli Qvardiyasının mayoru Oleq Xomenko, Ukrayna Milli Qvardiyasının polkovniki Denis Şleqa.