Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan liderləri Brüsseldə yenidən müzakirələr aparacaq

13.07.2023 [19:51]

Xarici İşlər Naziri Ceyhun Bayramov "Ağdamın dirçəlişi" adlı tədbirin yekununda jurnalistlərə verdiyi müsahibə zamanı Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-də Brüsseldə bir araya gələcəklərini və bu görüşdə bir çox məsələlərin yenidən müzakirə olunacağını deyib.