Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Həftənin əsas mövzusu "5 Dəqiqə"

23.07.2023 [16:55]

Bu həftə də dünyanın diqqəti Azərbaycana kökləndi. Bütün dünya mediası bu dəfə Azərbaycandan, daha dəqiq desək Şuşadan xəbər ötürdü. Ölkəmizin milli mətbuat günü ilə bağlı keçirilən Şuşa Qlobal Media forumunda dünyanın ən öndəgedən xəbər agentliklərinin rəhbərləri, jurnalistlər və ümumiyyətlə xəbər istehsal edən peşəkarlar bir araya gəldilər. Forumda jurnalistləri salamlayan Azərbaycan Prezidenti İlham Əliyev media nümayəndələrinin suallarını cavablandırdı və yenə də dünyaya bir sıra mesajlar ötürdü.