Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahmat üzrə Dünya Kubokunun açılış mərasimi

29.07.2023 [19:40]

Xəbərin mətni

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.