SİYASƏT


Ermənistan hakimiyyətinin təzminatla bağlı yalanına Qərbi Azərbaycan İcmasından açıqlama

Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olan Qərbi Azərbaycan İcması, Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları açıqladı. Belə ki, baş nazir Paşinyanın 2023-cü il 25 iyul tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş videoyazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib.