İDMAN


Qurban Qurbanov: HİK-lə görüş bizim üçün önəmli oyunlardan biridir

Bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-HİK matçından əvvəl keçirilən mətbuat konfransında deyib.
Qurban Qurbanov futbolçuların sabah keçiriləcək oyunla bağlı hazır vəziyyətdə olduqlarını qeyd edib: “Hər birimiz bu oyuna güclü şəkildə hazırlaşırıq. Sabah rəqib komandanı daha yaxından tanıyacağıq. Komandanın bu gün Bakıya gec gəlməsinin onlara mənfi təsir edəcəyinə inanmıram. Təbii ki, gərginliyimiz var”.