SİYASƏT


Zelenski: “Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketi təqdim etməyə hazırdır”

“Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var. Bu, həmçinin Ukraynada istehsal əsaslı olmalıdır ki, biz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək”, - deyə V Zelenski vurğulayıb.